BSU-da universitetin rəqəmsallaşma və beynəlmiləlləşmə strategiyaları üzrə fəaliyyətlərə dair müzakirə keçirilib
Cəmiyyət
626
07 Feb 2025 | 18:11

BSU-da universitetin rəqəmsallaşma və beynəlmiləlləşmə strategiyaları üzrə fəaliyyətlərə dair müzakirə keçirilib

Bakı Slavyan Universitetinin Kitabxana Resurs İnformasiya Kompleksində universitetin rəqəmsallaşma və beynəlmiləlləşmə strategiyaları üzrə fəaliyyətlərə dair müzakirə keçirilib.

“Rəqəmsal BSU” layihəsi çərçivəsində müəllim və tələbə modullarının pilot tətbiqinin uğurlu nəticələri nəzərə alınaraq, onların digər fakültələrdə də tətbiqi qərara alınıb. Görüşdə BSU-nun beynəlxalq layihələrdə iştirakı, qlobal reytinqlərdə mövqeyi və beynəlmiləlləşmə siyasətinin inkişaf perspektivləri də təhlil edilib.

 

Link kopyalandı!
Son xəbərlər