Milli Parkın ərazisində ov etmək istəyən şəxs saxlanıldı
Cəmiyyət
412
14:54, Bu gün

Milli Parkın ərazisində ov etmək istəyən şəxs saxlanıldı

Şirvan Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qırmızıkənd ovçuluq təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb.
 
Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən Moderator.az-a bildirilib ki, araşdırma zamanı ova cəhd edən şəxsin Masallı rayonu Xırmandalı kənd sakini Elnur İsmayılov olduğu məlum olub və ondan ov tüfəngi götürülüb.
 
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.
 
Link kopyalandı!
Son xəbərlər