“Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başladı
Cəmiyyət
770
10:39, Bu gün

“Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başladı

Bu gündən – 2025-ci il fevralın 7-dən etibarən Azərbaycanda yeni media quruluşu – müstəqil “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başlayıb.
 
“Teleqraf” Media Qrupuna daxil olan agentlik “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb. Teleqraf.com 2012-ci ildən fəaliyyət göstərir və kifayət qədər geniş oxucu auditoriyasını əhatə edir. Bundan sonra isə oxuculara informasiya agentliyi kimi xidmət edəcək.
 
Agentlik hazırda “az” domenini (Teleqraf.az) istifadə etsə də, “com” domeni də aktivdir və hər iki domenlə agentliyin saytına daxil olmaq mümkündür.
 
 
Kollektivin hədəfi beynəlxalq standartlara uyğun format, dəqiq və qərəzsiz xəbər istehsalı ilə Azərbaycan informasiya mühitini gücləndirmək və yeniləməkdir.
Link kopyalandı!
Son xəbərlər