Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!
Cəmiyyət
254
15:00, Bu gün

Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!

Bu gündən vəkillliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün elektron sənəd qəbuluna start verilir.

Moderator.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər yeni qaydalara uyğun olaraq yalnız elektron formada həyata keçirilir.

Belə ki, müasir imkanlar nəzərə alınmaqla, namizədlərin sənəd qəbuluna çatımlılığının artırılması məqsədilə tətbiq olunan yeni qaydalara əsasən, elektron müraciət üçün Vəkillər Kollegiyasının rəsmi internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə (//barassociation.az/candidate-login) daxil olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid edilməlidir.

ARVK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, test imtahanının tarixi ilə əlaqədar əlavə məlumat vəriləcəkdir.

Onlayn qaydada müraciətlə videotəlimata keçid etməklə tanış ola bilərsiniz.

Link kopyalandı!
Son xəbərlər