Bizi sosial şəbəkələrdən izləyin:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Hacıqabulda vətəndaşları qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Hacıqabulda Salyan, Kürdəmir, Hacıqabul rayonları və Şirvan şəhər sakinlərinin müvafiq müraciətlərinə baxılıb: "Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib".