Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya hakimiyyətinin barələrində deportasiya rejimi tətbiq etdiyi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə indi bank hesabı açmaq qadağan edilib.
Bu barədə “Praym” fevralın 5-dən qüvvəyə minmiş “Banklar və bank fəaliyyəti haqqında” qanuna dəyişikliklərə istinadən xəbər verir.
Göstərilən kateqoriyadan olan şəxslər üçün xüsusi reyestr yaradılacaq. Artıq kredit təşkilatlarına belə siyahıda olan şəxsin adı ilə bank hesabı açmaq və ya digər bank əməliyyatlarını həyata keçirmək qadağan edilib. Bununla belə, bəzi istisnalar var.
Məsələn, bu reyestrdən olan şəxslər qanunla müəyyən edilmiş icbari ödənişləri ödəmək üçün pul köçürmələri edə bilərlər. Bundan əlavə, onların hesablarına ayda 30 min rubldan çox pul köçürülə bilməz. Oxşar məhdudiyyət onlara nağd pulun verilməsinə də aiddir. /Ajans.az/