Əməkdar artist:
Cəmiyyət
678
04 Feb 2025 | 18:59

Əməkdar artist: "Ölümdən qurtardım"

"Tənbəlliyimə görə çox vaxt itirmişəm. Pandemiyadan bu yana 5 ilim getdi. Çox şey edə bilərdim".
 
Bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Etiraf" verilişində deyib. Müğənni başına gələn hadisədən, səhhətində olan problemdən danışıb:
 
"Həyatımda problemlərim oldu. Ölümdən qurtardım. Allah məni istəyir ki, yaxşıyam. İşlərim çoxdur. Hər şey göz qırpımında gedir. 
Ona görə də hər şeyin qədrini bilməliyik. 
 
Elə pislik ediblər ki mənə... Bağışlamışam. Nə edim, kinlə yaşayım? Mənə heç nə dərs olmur".
Link kopyalandı!
Son xəbərlər