Külək güclənib - FAKTİKİ HAVA
Cəmiyyət
349
16:36, Bu gün

Külək güclənib - FAKTİKİ HAVA

Saat 16:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi rayonlarda cənub-qərb küləyi əsir.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Qeyd olunur ki, küləyin sürəti arabir Qobustanda 20 m/s, Kəlbəcərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.
 
Link kopyalandı!
Son xəbərlər