AAYDA-nın İdarə Heyətinin tərkibi genişləndirildi
Cəmiyyət
317
16:02, Bu gün

AAYDA-nın İdarə Heyətinin tərkibi genişləndirildi

Prezident İlham Əliyev "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında" 18 oktyabr 2017-ci il tarixli və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 19 dekabr 2017-ci il tarixli fərmanlarında dəyişiklik edib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
 
Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərini sayı 2-dən 3-ə çatdırılıb.
 
Link kopyalandı!
Son xəbərlər