Temperatur kəskin enəcək, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
1637
04 Feb 2025 | 13:10

Temperatur kəskin enəcək, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-də axşam şərq rayonlarından başlayaraq fevralın 8-dək hava dəyişəcək.
 
Belə ki, havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə isə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər