Xocalının Ballıca kəndində ilk körpə dünyaya GƏLDİ - FOTO
286
12:05, Bu gün

Xocalının Ballıca kəndində ilk körpə dünyaya GƏLDİ - FOTO

Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.
 
Məlumata görə, Xocalı sakini 1996-cı il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.
 
Doğulan körpənin çəkisi 3,600 qr, boyu 51 sm olub.
 
Hazırda ana və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
 
Valideynləri körpəyə babası Mehdinin adını qoyublar.
 
Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı olub və hazırda ANAMA-da işləyir. /Report/
Link kopyalandı!
Son xəbərlər