Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməyin cəriməsi nə qədərdir? - AÇIQLAMA
Cəmiyyət
964
08:49, Bu gün

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməyin cəriməsi nə qədərdir? - AÇIQLAMA

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək həm təhlükəsizlik baxımından, həm də qanunvericilik baxımından ciddi nəticələrə səbəb ola bilər. Hər bir sürücünün yolda təhlükəsizliyi təmin etmək üçün müvafiq sürücülük vəsiqəsinə malik olması tələb olunur. Bu vəsiqənin olmaması qanunlara ziddir və sərt cərimələrə yol açır. Dövlət bu cür qanun pozuntularını ciddi şəkildə cəzalandırır və cərimələr tətbiq edir. Həmçinin, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslər yalnız özləri deyil, digər yol hərəkəti iştirakçıları üçün də risk yaradırlar.
 
Bəs sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməyin cəriməsi nə qədərdir? 
 
Bu barədə vəkil Nurlan Səfərov açıqlama verib. 
 
"Bu məsələ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Əlaqədar mövzuda nəqliyyat vasitəsinin sahibi (mülkiyyətçi və ya etibarnamə, icarə və ya digər hüquqi razılaşma əsasında nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs) tərəfindən idarə olunub-olmaması da mühüm əhəmiyyət kəsb edir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan bu fəaliyyəti həyata keçirən şəxsə yüz manat cərimə tətbiq edilir. Məcəllənin 335.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi tərəfindən idarəetmə hüququ olmayan şəxsə nəqliyyat vasitəsini vermək nəticəsində fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2000 manat cərimə olunur. Beləliklə, əgər şəxs nəqliyyat vasitəsinin sahibidirsə və onun idarə etmə hüququ yoxdursa, həmin şəxs 100 manat cərimə olunur, amma əgər nəqliyyat vasitəsinin sahibi deyilsə və idarə etmə hüququ yoxdursa, həmin şəxs 100 manat, nəqliyyat vasitəsinin sahibi isə şəxsin növündən asılı olaraq 60, 200 və ya 2000 manat cərimə edilir".
Link kopyalandı!
Son xəbərlər