Xankəndindəki zavodda çörək bahalaşıb? - AÇIQLAMA
Ekskluziv
280
00:02, Bu gün

Xankəndindəki zavodda çörək bahalaşıb? - AÇIQLAMA

“Xankəndindəki zavodda çörəyin qiymətini qaldırmamışıq. Hələ bu haqda fikrimiz də yoxdur. Belə bir qərara da gəlməmişik. Heç bir bahalaşmadan söhbət gedə bilməz. Marketlərdəki qiymətləri deyə bilmərəm, amma zavoda biz cavabdehik. Bizdə həm kürə, həm zavod, həm kərpic, həm də Qala çörəyi istehsal olunur. Çeşidlərimiz də fərqlidir”
 
Bunu Moderator.az -a açıqlamasında Xankəndindəki çörək zavodunun sahibi İftixar Əliyev deyib. O daha sonra əlavə edib:
 
“Bizim alıcılarımız daha çox şirkətlərdir. Xankəndində Sovet illərindən qalma bir çörək zavodu olub. Biz hazırda həmin zavodu bərpa və yenidənqurma işləri aparıb işlədirik. Zavodumuz bütün müasir avadanlıqlarla təchiz olunub. Bütün dövlət qurumlarını, şirkətləri, ticarət şəbəkələrinin hamısını çörəklə təmin edirik. Sağ olsun dövlətimiz də bizim üçün hər cür şərait yaradıb” deyə zavod direktoru bildirib.
 
Link kopyalandı!
Son xəbərlər