Bizi sosial şəbəkələrdən izləyin:
Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına (MSK) 20 müraciət daxil olub.
Moderator.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun fevralın 3-də keçirilən iclasında deyib.
O qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarına 10 müraciət daxil olub:
"14 müraciət müvafiq dairə seçki komissiyalarında araşdırılır. Bugünkü iclasda isə iki müraciət araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.
Hazırda əsas məsələ sosial şəbəkələrdə yayılan məlumatlara diqqət edilməsidir".
MSK sədri bildirib ki, kimliyindən asılı olmayaraq, özünə bəraət qazandırmağa çalışan istənilən komissiya üzvü cəzalandırılmalıdır: "Bütün tərəflərin hüquqlarının qorunmasının tərəfdarıyıq".