Rəşad Nəbiyev Hacıqabulda vətəndaşları qəbul edəcək
Cəmiyyət
406
17:02, Bu gün

Rəşad Nəbiyev Hacıqabulda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 6 fevral 2025-ci il tarixində saat 09:30-da Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Salyan, Kürdəmir, Hacıqabul rayonları və Şirvan şəhər sakinlərini qəbul edəcək.
 
Moderator.az xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
 
Qəbula 5 fevral 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
 
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Link kopyalandı!
Son xəbərlər