Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib.
Mooderator.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qəbul olunub.
MSK katibi Arifə Muxtarova bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib:
"Həmin seçki məntəqələrində Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, həmin məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb".