İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edildi
Cəmiyyət
239
16:17, Bu gün

İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.
 
Moderator.az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin ştat vahidləri artırılıb. Qərara əsasən, nazirliyin strukturuna daxil olan qurumların ümumi işçi sayı 3324 nəfərə çatdırılıb. Bunun 2641-i vəzifəli şəxs, 683-ü isə xidmət heyətidir.
 
Bundan əlavə, fərmanda “4494” rəqəmlərinin “5651” ilə əvəz edilməsi, həmçinin nazirliyin ştat sayına və strukturuna dair dəyişikliklərin edilməsi nəzərdə tutulub.
 
Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
 
Link kopyalandı!
Son xəbərlər