“RehaPoint” məntəqəsində 1600-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib
Cəmiyyət
254
13:20, Bu gün

“RehaPoint” məntəqəsində 1600-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” məntəqəsində reabilitasiya xidmətlərini davam etdirir.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, 2023-cü il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə ötən dövrdə əlilliyi olan 1600-dən çox şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.
 
Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanırlar.
 
Məntəqədə əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 800-dən çox reabilitasiya vasitəsi də verilib.
 
Link kopyalandı!
Son xəbərlər