Milli Məclisdə yeni amnistiya aktının qəbulu təklif olundu
Cəmiyyət
254
12:35, Bu gün

Milli Məclisdə yeni amnistiya aktının qəbulu təklif olundu

"Ölkədə yeni amnistiya aktına ehtiyac var".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib.
 
"Ən böyük amnistiya aktı Birinci vitse-prezident Mehriban xanın Əliyeva deputat olan zaman qəbul edildi. İkinci isə Heydər Əliyevin 100 iliyi ilə bağlı gerçəkləşdi. Təklif edirəm ki, 28 May - Müstəqillik Gününə qədər yeni bir qərar qəbul edilsin. Düzdür, əfv sərəncamı mütəmadi olur. Ancaq buna daha geniş ehtiyac var. Həmçinin ölkənin müstəqilliyi uğrunda döyüşmüş, sonra səhvə yol verərərk, həbsxanaya düşən şəxslər bu qərarla azadlığa çıxa bilərlər".
 
Link kopyalandı!
Son xəbərlər