Dağlıq rayonlarda 12 dərəcə şaxta olub – Faktiki hava
Cəmiyyət
346
10:00, Bu gün

Dağlıq rayonlarda 12 dərəcə şaxta olub – Faktiki hava

Fevralın 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
 
Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.
 
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
Link kopyalandı!
Son xəbərlər