Dövlət qurumlarında iş saatları necə DƏYİŞƏCƏK?
Cəmiyyət
747
09:05, Bu gün

Dövlət qurumlarında iş saatları necə DƏYİŞƏCƏK?

Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən qrafikə uyğunlaşdırılması nəzərdə tutulur. 
 
Bu “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
 
Maraqlıdır, hazırda ölkədə dövlət qurumlarında səhər 09:00-da başlayan və axşam 18:00-da bitən iş saatları necə dəyişəcək? Bu, necə həyata keçiriləcək?
 
Mövzuya münasibət bildiriən iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya deyib ki, əgər doğru  sistem tətbiq olunsa, iş rejiminin dəyişdirilməsi məntiqlidir:
 
“Dünyada da belə sistem var. Bəzi özəl qurumlar, dövlət qurumları özləri öz işçiləri ilə razılaşaraq yeddi-səkkiz saatlıq iş rejiminə riayət etməklə işə başlama saatlarını dəyişə bilərlər. Məsələn, bəziləri səhər saat 7-də gəlib 4-də gedə bilir, bəziləri 8-də gələrək 5-də gedir. Dünya təcrübəsində belə yanaşmalar kifayət qədər çoxdur.
 
Azərbaycanda hansı formada tətbiq olunacağı, özəl şirkətlərin buna maraqlı olması sual yaradır. Dövlət sektorunda asandır, bir əmrlə bu həll olunacaq. Amma özəl şirkətlərdə bir az problem olacaq. Yəqin ki, özəl şirkətlərdə xüsusi təşviq proqramlarına da ehtiyac yaranacaq”.
Link kopyalandı!
Son xəbərlər