Cəmiyyət
394
02 Feb 2025 | 21:51

"Gənclərə tövsiyələr"in təqdimatı – Birgə əməkdaşlığın növbəti NÜMAYİŞİ

Əsası ümummili liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti onun  yolunun layiqli davamçısı. Ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər tərəfindən 1997-ci il fevralın 2-də imzalanmış Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilməsi, ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə yönəltmək, ayrı-ayrı dövlət qurumlarının gənclərlə iş sahəsindəki fəaliyyətini koordinasiya etmək, çərçivə və istiqamət yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edən bir addım oldu. Ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 2002-ci ildə ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının qanunu qəbul edildi.
 
Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, onların qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılması, onların maariflənməsi,  milli inkişafa fəal cəlb edilməsi, imkanlarını düzgün dəyərləndirməsi, ümumi məqsədləri olan çərçivənin düzgün qiymətləndirməsi, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolununun artırılması, ölkənin gələcək inkişafında iştirakının və məsuliyyətinin yüksəldilməsi, gənclərin hərtərəfli inkişafının, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi məqsədinə xidmət etməkdədir. 
2005-2009-cu illər ərzində "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2006-2010-cu illər ərzində "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib.  Paytaxtda və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malik olub, gənclər siyasətinin forma və mahiyyəti haqqında dolğun təsəvvür yaradır. 
 
Azərbaycan gəncləri olaraq bizə işıqlı Azərbaycan qoyub getmiş Ulu öndərimiz Heydər Əliyevin və şəhidlərimizin ruhunu, Prezident İlham Əliyevin inamını və etimadını Vətənə, millətə, dövlətimizə sədaqətlə xidmət etməyə nə qədər borcluyuqsa, bu işdən bir o qədər də şərəf duyuruq: "Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Ulu öndərin gənclər siyasətini bu gün layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezidentin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin icrasında fəal iştirak edirlər.
 
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan gəncləri fəaliyyətlərində dövlətin qayğısını hər zaman hiss ediblər. Onlar öz nailiyyətləri ilə onlara göstərilən etimadı hər zaman layiqincə doğrultmağa çalışıblar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Ölkə başçısının müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar.
Green Start Akademiy-Psixologiya,Təlim və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Gənclər günü ilə əlaqədar Milli Məclisin deputatı Ceyhun Məmmədovun "Gənclərə tövsiyələr" kitabının təqdimatına həsr edilmiş "İmza günü"ndə gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək, Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqi, Dövlət Proqramının əsas məqsədi-respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsinin təmin edilməsi, dövlət siyasətində gənclik mövzusunun vacibliyi və aktuallığı bir daha öz real təsdiqini tapmış oldu
 
Tədbirdə Elm və təhsil işçiləri, təhsil ekspertləri psixoloqlar, müəllimlər, valideynlər, şagirdlər, habelə QHT, Assosasiya, Forum, KİV və digər qurum nümayəndələrinin iştak etdiyi tədbirdə çıxış edənlər Milli Məclisin deputatı Geyhun Məmmədovun "Gənclərə tövsiyələr" kitabının məziyyətlərindən geniş söhbət açdılar, sözü gedən kitabın dövlətimizin gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərinin, təşkilati-hüquqi əsaslarını gənclərə aşılanmasında və bu sahədəki münasibətlərin tənzimlənməsində xüsusi önəm daşımasını qeyd etdilər. "Gənclərə tövsiyələr" kitabının təqdimatı bir növ birgə səyin və əməkdaşlığın növbəti nümayişi oldu. “Təhsil Forumu” sosial platformasının təmsilçisi kimi tədbirdən xoş təəssüratlarla ayrıldıq. 
 
Emil Tağızadə
“Təhsil Forumu” sosial platformasının rəhbəri
Link kopyalandı!
Son xəbərlər