Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı rəsmi təsis olundu
Cəmiyyət
838
02 Feb 2025 | 21:25

Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı rəsmi təsis olundu

Azərbaycanlı mühəndislər tərəfindən Almaniyada təşəbbüs qrupu tərəfindən “Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı” (AAMİ) rəsmi olaraq təsis edilmişdir. 1 fevral 2025-ci il onlayn formatında keçirilən təsis iclasında qurumun nizamnaməsi qəbul olunub və idarə heyəti seçilmişdir. 
 
İdarə heyətinin sədri yekdilliklə Texnika Elmləri Doktoru, Yaşar Musayev, sədr müavinləri isə Texnika Elmləri Doktoru Rafiq Hüseynov və Rauf Abdullayev seçilmişlər. İclasda həmçinin müxtəlif sahələr üzrə İdarə Heyyətinin məsul koordinatorları seçilmişlər.
 
İttifaqın məqsədi Avropada yaşayan Azərbaycan əsilli mühəndislər arasında əlaqələri gücləndirmək, Almaniyada çalışan mühəndis və elmi-texniki mütəxəssislərin Azərbaycanın təhsil, sənaye,  istehsalat və elmi- texnologiya sahələrinə dəstəyini koordinasiyalı təşkil etmək, elmi-texniki biliklərin inkişafına töhfə verməkdir. Bununla yanaşı, ittifaq Avropada mühəndislik sahəsindəki mütəxəsislərin qarşılıqlı mübadiləsini həyata keçirmək, Azərbaycanlı mühəndislərin Almaniya və Avropada daha məqsədyönlü şəkildə fəaliyyət göstərməsinə, eləcə də Azərbaycanda elm, təhsil və texnologiyanın inkişafına töhfə verməsinə yardım etmək məqsədi daşıyır.
Azərbaycanın texnologiya və innovasiya sahəsində inkişafına töhfə verməyi hədəfləyən ittifaq, həmçinin gənc mühəndislərin potensialını üzə çıxarmaq və müxtəlif mühəndislik layihələrinə dəstək olmaq niyyətindədir.
 
İttifaqın nizamnaməsi və digər təsis sənədləri Almaniya qanunvericiliyinə uyğun olaraq tərtib edilmişdir və tezliklə Almaniyada müvafiq qanunvericilik əsasında qeydiyyata alınacaq.
 
İttifaqın işinə uğurlar arzulayır, xeyirli, uğurlu olsun deyirik.
 
Link kopyalandı!
Son xəbərlər