Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) veb saytı heç bir açıqlama verilmədən fəaliyyətini dayandırıb.
Musavat.com-un CNN-ə istinadən məlumatına görə, bu arada USAID-də minlərlə işçinin məzuniyyətə çıxması, ixtisara düşməsi və proqramların dayandırılması prosesi davam edir.
Bütün bunlar kprezident Donald Trampın ABŞ-ın maliyyələşdirdiyi xarici yardım və inkişaf proqramlarını dondurması fonunda baş verir.
Konqresdəki demokratlar Trampın USAID-i müstəqil agentlik kimi ləğv edib, onu Dövlət Departamentinin tərkibinə daxil etməyə çalışdığından narahat olduqlarını bildiriblər.