18 gün komada qalan sabiq vəzifəli şəxs:
Cəmiyyət
525
01 Feb 2025 | 19:32

18 gün komada qalan sabiq vəzifəli şəxs: "Ayılandan sonra anladım ki, heç nə əvvəlki kimi olmayacaq"

Həyatda ikinci şansa inanan insanlar çoxdur. Eyni zamanda, həyatın bir xətlə davam etdiyini, hər şeyin insanın öz əlində olduğunu və gedişatı şansa buraxmayaraq, yaşamalı olduğunu düşünənlər də az deyil. Həyatının dörd ilini sığınacaqda yaşayan 64 yaşlı Adil Eyyubova yaşamaq şansı ikinci dəfə verilsə də, o, həyatının axarını fərqli istiqamətə yönləndirməyi seçib.
 
Adil bəy insult keçirdikdən sonra 18 gün komada qalıb. Ayılanda isə ailədə ona qarşı münasibətin dəyişdiyini görüb və ağır əməliyyatdan altı ay sonra evi tərk etməyi qərara alıb.
 
Moderator.az xəbər verir ki, "Report"un əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakini Adil Eyyubovla onu bu sığınacağa gətirən yollardan danışıb.
 
A.Eyyubov ali təhsilli və rəhbər vəzifələrdə çalışmış şəxsdir:
 
"İndiki İqtisadiyyat Universitetini bitirmişəm. Ömrüm boyu mağaza və restoranlarda müdir olmuşam. Buna görə də maddi çətinliyim olmayıb. Bunlarla yanaşı, bir müddət mağazalar şəbəkəsinin idarəçiliyini də etmişəm. Vaxtilə qarşıma çıxan fürsətləri yaxşı dəyərləndirmişəm. Düşünürəm ki, yeganə səhvim ailə həyatımla bağlı olub. Bunun da səbəbkarı mən deyiləm".
Link kopyalandı!
Son xəbərlər