Bütün məktəblərə avtobus ayrılacaq?.. - Deputatdan açıqlama
Cəmiyyət
386
16:57, Bu gün

Bütün məktəblərə avtobus ayrılacaq?.. - Deputatdan açıqlama

“Biz bütün məktəblərə avtobus ala bilmərik, bu, böyük vəsait tələb edir. Amma nəqliyyat şirkətləri ilə məsələni həll etmək mümkündür”.
 
Bunu Teleqraf.com-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov ölkə başçısının təsdiq etdiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn şagirdlərin rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili ilə bağlı bəndi şərh edərkən deyib.
 
Deputat şagirdlərin məktəblərə gediş-gəlişi üçün avtobusların təşkil olunmasının tərəfdarıdır.
 
“Əksər ailələr övladlarını məktəbə aparmaq üçün taksi, imkanı olan ailələr isə ayrıca sürücü tuturlar. Bakıda istənilən məktəbin qarşısında 20-30 maşın görmək mümkündür. Bu da ümumi prosesə mənfi təsir göstərir. Mən uşaqların məktəblərə təyin olunmuş avtobusla aparılıb gətirilməsinin tərəfdarıyam. Təbii, bütün məktəblərə avtobus ala bilmərik, bu, böyük vəsait tələb edir. Onsuz da valideynlər taksilərə pul verirlər. Daha yaxşı olar ki, nəqliyyat şirkətləri ilə danışıb, onlara müəyyən ödəniş edərək uşaqların avtobuslarla məktəblərə gediş-gəlişi təmin olunsun” - deputat vurğulayıb.
 
Link kopyalandı!
Son xəbərlər