Bu marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət
284
16:05, Bu gün

Bu marşrutun hərəkət sxemi dəyişir

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
 
AYNA-dan Moderator.az-a verilən xəbərə görə, məhdudiyyətlə əlaqədar, 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
 
Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.
 
Link kopyalandı!
Son xəbərlər