Ağcabədidə qumbaranın partlaması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
Cəmiyyət
270
15:42, Bu gün

Ağcabədidə qumbaranın partlaması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ

Yanvarın 31-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Moderator.az-a bildirilib ki, partlayışda xəsarət alan iki nəfərin (qadın cinsli) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.
 
"Hazırda onların vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
 
Xatırladaq ki, ötən gün saat 12:00-da Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində əl qumbarası partlayıb. Hadisə nəticəsində beş nəfər həlak olub, iki nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb.
Link kopyalandı!
Son xəbərlər