Bizi sosial şəbəkələrdən izləyin:
Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin dayısı oğlu Atef Nəcib ölkənin yeni hökuməti tərəfindən saxlanılıb.
Bu barədə “Syria TV” məlumat yayıb.
Həbsin dəqiq olaraq harada və hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir. Suriyanın yeni hökuməti də bu məlumatı hələ şərh etməyib.
Qeyd olunur ki, Əsədin dövründə Nəcib ölkənin cənubundakı Dəraa vilayətində siyasi təhlükəsizlik idarəsinin rəisi vəzifəsini tutub.