Cəmiyyət
348
17:21, Bu gün

"Səyyar Kofe Evləri" - 300 min manata yaxın pul xərclənəcək

Dövlət Məşğulluq Agentliyi “Səyyar Kofe Evləri-2” layihəsi çərçivəsində yeni avadanlıqların alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 344 min 680 manat olsa da "TANOD MMC" ilə 284.863 manatlıq müqavilə imzalanıb.
 
Layihə çərçivəsində 15 ədəd qəhvə maşını, 15 ədəd qəhvə üyütmə maşını, 15 ədəd treyler (səyyar qəhvə evlərinin fəaliyyətini təmin edəcək nəqliyyat vasitələri) olmaqla ümumilikdə 45 avadanlıq alınması planlaşdırılır.
 
Diqqətə çatdıraq ki, alınan avadanlıqlar işsiz şəxslərin məşğulluğunun artırılması və sahibkarlığın inkişafına töhfə verməsi üçün nəzərdə tutulub.
 
Qeyd edək ki, avadanlıqların alınması prosesi aprelin 30-na qədər tamamlanacaq.
 
Link kopyalandı!
Son xəbərlər