Bizi sosial şəbəkələrdən izləyin:
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına əsasən Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.
Maraqlıdır, hansı ərazilərə metro çəkilə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, gələcək planlarda 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi əsas prioritetlərdəndir:
“Bakı Metropoliteni xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur. Hazırda cəmi 28 stansiyamız var. Bu o deməkdir ki, gələcəkdə Xırdalana da, Lökbatana da metro çəkmək mümkün ola bilər”.