Xocalı sakini:
Cəmiyyət
377
15:38, Bu gün

Xocalı sakini: "Məcburi köçkün düşdükdən sonra doğma yurdun həsrəti ilə yaşayırdıq"

Xocalıdan məcburi köçkün düşən sakin uzun müddət doğma yurdun həsrətini çəkdiklərini deyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Report"un Xocalıya ezam edilmiş əməkdaşına açıqlamasında doğma yurduna dönən şəhər sakini Nofəl Rzayev danışıb.
 
O, uzun müddətdən sonra yenidən Xocalıya qayıtmalarının sevincini yaşadıqlarını vurğulayıb:
 
"Məcburi köçkün düşdükdən sonra Oğuz rayonunda məskunlaşaraq həyatımıza orada davam etdik. Bu gün mənim və ailə üzvlərimin sevincinin həddi-hüdudu yoxdur.
 
Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edib. Biz də məhz bunun sayəsində rahat şəkildə doğma yurda qayıtmışıq. Mən bir azərbaycanlı olaraq, çox qürurluyam".
 
Link kopyalandı!
Son xəbərlər