“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” - ÖZƏL
Cəmiyyət
934
30 Jan 2025 | 22:25

“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” - ÖZƏL

Tanınmış aktrisa Dilarə Əliyevanın qızı Banu Əlibəyli Moderator.az -ın suallarını cavablandırıb.
 
-Banu xanım, siz bizim sevimli aktrisamız Dilarə xanım Əliyevanın övladısız. Səhv etmirəmsə ananızın sənət yolunu davam etdirmək üçün Mədəniyyət və İncəsənət universitetində təhsil alırsınız..
 
-Bəli! Hazırda dram və kino aktyorluğu üzrə oxuyuram. Gələcəkdə isə aktrisa olmaq istəyirəm.
 
-İlk müsahibənizdir yoxsa?
 
-Əslində müsahibələrim olub. Anamın qala gecələrində daha çox müsahibə vermişəm. Universitetə daxil olandan sonra ola bilsin ki, müsahibə sayı artdı. Mənim bacım çəkinirdi, amma 
 
-Bu sahəni özünüz seçdiniz yoxsa valideynlərinizin təsiri oldu?
 
-İstər-istəməz ailə üzvlərinin təsiri olub. Çünki, uşaqlıqdan bəri valideynlərimin çəkilişdən o biri çəkilişə getməklərini görüb ilhamlanmışam. Onun nəticəsində də uşaqlıqdan gələcək peşəmi qərarlaşdırıb, bu sahə üzrə təkmilləşib inkişaf etməyi özümə söz verib və gerçəkləşdirməyə çalışıram. Bu sahəni seçdiyimə görə nə atam, nə də ki, anam narazılıq etdi. Əksinə dedilər ki, hansı ixtisas üzrə istəyirsənsə təhsil al.
 
-Universitetdə sizə dərs deyən müəllimlər, tələbə yoldaşlarınız sizin tanınmış şəxslərin övladı olduğunuzu bildikləri zaman ilk reaksiyaları nə olmuşdu?
 
-Onlar mənə qarışı çox böyük sevgi, hörmət və sayğı ilə yanaşırlar. Mən də hamının etimadını doğrultmağa çalışıram.
 
-Bir aktrisa kimi ananızdan nələr öyrənirsiniz?
 
-Anamdan hər şey öyrənirəm. Aktyor sənətindən tutmuş gündəlik həyatımda necə olmağıma qədər ondan öyrənirəm. Ondan nələr əldə etdiyimin hamısını desəm bəlkə də, burada tam əhatə edə bilmərəm. Amma, qısa olaraq o mənə insanlığı, güclü olmağı, həyatdan həzz almağı, aktyor sənətini, özümü sevməyi, bunlardan da əlavə çox şeylər öyrədib. Anamdan hələ çox şeylər öyrənəcəm. Həm də onun kimi unikal xarakterdə olmaq üçün daha çox məlumatları əldə edib onları mənimsəməyə çalışıram.
 
-Dilarə xanımla eyni filmdə yaxud serialda çəkilmək istərdiniz? 
 
-Əlbəttə ki, anamla tərəf müqabili olmaq istərdim. Çünki iş prossesində, film və serial sektorunda onunla işləmək mənim üçün çox maraqlıdır. Düşünürəm ki, əgər anamla bir filmdə, serialda rol alıramsa, bu o deməkdir ki, özümü doğrultmalıyam. Anamın işlədiyi hər bir layihə keyfiyyətli olub. Orada keyfiyyətli aktyorlar iştirak etdiyi üçün onlardan biri olmaq mənim üçün qürurdur. Uşaq olanda “3 bacı” serialında kiçik bir rol oynamışam, reklamlarda çəkilmişəm. Fərqli obrazlarla film və seriallarda görünmək istərdim.
 
-Bir neçə gün öncə sizin həm də doğum gününüz idi. Özünüzə yeni yaşınızda nə arzuladınız?
 
-Ad günüm imtahan vaxtlarına düşdüyü üçün mən rəfiqələrimlə sonradan qeyd etdim. Ən böyük arzum sevdiyim və oxuduğum ixtissasımla bağlı bir-birindən fərqli lahiyələrdə iştirak edib, mükafatlar və nailiyyətlər əldə etməkdir. Hələlik, ən böyük arzum onlardır deyə bu yaşımda özümə bunları arzuladım.
 
-Banu, elə bir arzunuz varmı ki, kaşkilərlə başlayıb, kaşkilərlə bitir? 
 
-Məncə məndə elə arzu yoxdur. Çünki, mən nə isə istəyirəmsə çalışıram ki, realistik bir şey olsun ki, ondan sona kaş ki, deyib peşman olmayım, təəssüf etməyim. Ona görə də verdiyim qərarlarım, arzularımı çox düşünüb onlara uyğun gücümü hesablayıb sonra gerçəkləşdirirəm. Həyatımda bir kaş ki, deyə bildiyim vardır. Lakin, nə təəssüf ki, bu mümkün deyil. Şöhbətin kimdən getdiyini bilirsiniz... 
 
-Ananızla və atanızla hansı xüsusiyyətləiniz eynilik təşkil edir?
 
-Bizim anamla ortaq xüsusiyyətlərimiz odur ki, ikimiz də ünsiyyətcilik, istiqanlıyıq, duyğusalıq. Çünki atam duyğularını çox göstərən biri deyildi. Amma anamla bir filmə baxan kimi gözlərimiz dolur. O qədər duyğusallaşırıq. Bizim ikimizin də 6-cı hissi gücüdür. O ki, qaldı atamla ortaq xüsusyyətlərimizə... Atam hər bir işinin mükəmməl olmasını sevirdi. Problemlər olmasın deyə əlindən gələni edirdi. Mən özümdə də bunu görmüşəm ki, başqa insanın işi belə olsa, çalışıram ki, maksimum idealizm olsun. Çalışıram ki, qüsursuz və gözəl bir iş ortaya çıxarım. Atam bir işi ortaya çıxaranda araşdırmalar edirdi, yeni məlumatlar toplayırdı. Məndə bu var və çalışıram ki, bunu təkmilləşdirim.
Link kopyalandı!
Son xəbərlər