Bizi sosial şəbəkələrdən izləyin:
Bakı metrosunun "28 May" stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq.
Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.
Dövlət Proqramına əsasən, RİNN MN, ETSN, DŞAK, BŞİH, AZCON, BM, NƏŞ ilə birlikdə 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikinti-quraşdırma işləri yerinə yetirməli, istismara verməli, tikinti-quraşdırma işlərini tamamlamalıdırlar.