Bizi sosial şəbəkələrdən izləyin:
Dünyada insanların emosional vəziyyəti ilə bağlı araşdırmalar aparan “Gallup” şirkəti 2024-cü ilin hesabatını dərc edib.
Hesabatda dünyanın ən stresli ölkələri sıralanıb.
Siyahıya 65%-lə Şimali Kipr Türk Respublikası başçılıq edir. İkinci yerdə stress səviyyəsi 62% olan İsraildir.
Üçüncü yerdə 59 faizlə Nigeriya, dördüncü yerdə isə Türkiyə (58 faiz) qərarlaşıb. Sonuncunu 58%-lə Tanzaniya, Livan, Yunanıstan və Misir izləyir.
Ekspertlər qeyd edirlər ki, Türkiyədə stresin yüksək səviyyədə olması bir sıra amillərlə, xüsusən də təbii fəlakətlər, iqtisadi qeyri-müəyyənlik və son illərdə baş verən siyasi proseslərlə bağlıdır.