Bizi sosial şəbəkələrdən izləyin:
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi prosesləri sürətləndirməlidir. Bizim işimiz bu qurumla əlaqəlidir. Yanvarın 16-dan etibarən bu quruma müvafiq sənədlər təqdim olunub, lakin hələlik tam cavab verilməyib. Yeni qaydalara əsasən, bir ay müddətində istehlakçıların tələblərinə cavab verilməli və texniki şərtlər təmin olunmalıdır ki, su təchizatı şəbəkəsinə qoşulmada bürokratiya ortaya çıxmasın".
Moderator.az xəbər verir ki, bu fikirləri Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov Bakıda keçirilən "Su şəbəkəsinə qoşulma" işçi qrupunun mətbuat konfransında deyib.
O əlavə edib ki, fevralın 15-dən etibarən ölkənin su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanacaq: "Layihə çərçivəsində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq genişləndirilib və aidiyyəti qurumlar prosesə fəal şəkildə qoşulub. Görülən işlər nəticəsində ciddi irəliləyiş əldə olunub və layihənin icrası tam gücü ilə davam etdiriləcək. Eyni zamanda, ADSEA layihənin həyata keçirilməsi çərçivəsində su şəbəkəsinə qoşulma qaydaları ilə bağlı təqdimat keçirməyi planlaşdırır".