Bizi sosial şəbəkələrdən izləyin:
Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 19 nəfər həlak olub.
Bu barədə "BNO News" informasiya portalı məlumat verib.
Məlumata görə, qəza nəticəsində ölənlərin meyiti çaydan çıxarılıb.
"İlkin məlumatlara görə, Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında “American Airlines” təyyarəsi ilə “Blackhawk” helikopterinin havada toqquşmasından sonra Potomak çayından azı 19 meyit çıxarılıb", - portal qeyd edib.
07:55
“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb.
“The Washington Post” yazıb ki, polis çaydan bir neçə cəsədi və dörd nəfəri sağ çıxarıb. “Reuters” isə bildirib ki, Vaşinqtonda təyyarə ilə toqquşan helikopterdə üç hərbçi olub.
Pentaqon rəhbəri Pit Heqset qurumun vəziyyəti fəal şəkildə izlədiyini və lazım gələrsə, yardım göstərməyə hazır olduğunu bildirib.
07:15
Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşub.
“Report” xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələri administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib.
Artıq ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı məlumatlandırılıb.