Həsən Turabovun qızı vəsiyyət etdi: “Övladlarıma demişəm ki, mən olmasam da...”-FOTO
Cəmiyyət
1185
09:42, Bu gün

Həsən Turabovun qızı vəsiyyət etdi: “Övladlarıma demişəm ki, mən olmasam da...”-FOTO

“5-6 il bundan əvvəl anamı instult vurmuşdu. Sağaldı, özünə gəldi. Ayağı sınmışdı, gibsə saldırdıq. Bu hadisə dekabrın 31-də olmuşdu. Artıq ikinci aya keçmişdi, sevindik ki, sağalır. Həkim də demişdi ki, tezliklə sağalacaq. Bundan savayı heç bir xəstəliyi yox idi. İşdən evə gələndə yoldaşım dedi ki, anan yemək yemir. Soruşdum ki, yemək yeyirsən? Danışa bilmirdi, başı ilə hə dedi. Bir qab yemək yedirtdim, çay içdi, üzümə baxdı və keçindi. Gözünü yumanda sanki mənim sevincimi, kədərimi özü ilə apardı. Çətin bir də mən özümə gəlim. 85 yaşını yanvarın 14-də qeyd etmişdik. Qorxurdum ki, ad gününə kimi dünyasını dəyişər. Adətən deyirlər ki, yaşlı insanlar ad günlərində ölürlər. Qoymadı axıra qədər sevinim. Gözündə elə bir şey var idi ki, istəmirdi mən qorxum. Gözüaçıq rəhmətə getdi”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Həsən Turabovun qızı Sevinc Turabova deyib. O daha sonra əlavə edib:
 
“Anamın ölümü mənə qardaşım Daşqının və atamın ölümünü bir daha yaşatdı. Sanki onları yenidən itirdim. Köz bağlamamış yaram yenidən qanadı. Onsuz da anam da, mən də Daşqın ölən gün ölmüşdük. Daşqın bizim bütün ruhumuzu özü ilə aparmışdı. Anamı dəfn edib gəldik. Sonradan hiss etdim ki, evdə nəsə çatmır. Sanki kimisə qoyub evə gəlmişəm. Atamın, qardaşımın dərdi məndə xəstəlik yaratdı. Ürək xəstəliyi tapdım, insult oldum. Allahın yazığı gəlib ki, soldan sağa vurub. İndi uşaqlarımın xətrinə yaşayıram. Buna yaşamaq demək olarsa. Onlarsız mənə çox çətindir. İki oğlum var. İkisinə də demişəm, vəsiyyət etmişəm ki, ailə qursanız da, hansı ölkədə yaşasanız da heç vaxt babanızın, nənənizin və dayınız Daşqının məzarını yaddan çıxartmayın. Hər zaman gəlib ziyarət edin. Mən bu dünyada oldum-olmadım. Qohumlar deyir ki, indidən uşaqlara niyə belə sözlər deyirsən? Deyirəm ki, Allahın işidir, bu gün varam, sabah olmaya bilərəm” deyə sənətkarın qızı deyib.
Link kopyalandı!
Son xəbərlər