Cəmiyyət
980
09:02, Bu gün

"Yerın fırlanması dərhal dayansa, hamımız məhv olacağıq..."

"Narahat olmayın, planetimizə Yerin fırlanması dayandıqdan öncə son qoyulacaq..."
 
Yer həqiqətən də tədricən fırlanmasını yavaşladır. Bunun əsas səbəbi Yer və Ay arasındakı qravitasiya qüvvələrinin qarşılıqlı təsiridir.
 
Moderator.az xəbər verir ki, bu barədə "pravda.ru" nəşri yazıb.
 
Nəşr yazır ki, Ayın cazibə qüvvəsi dünya okeanlarında suyun səviyyəsini dəyişdirir, bu da Yerin bir növ yırğalanmasına səbəb olur və nəticədə planetin fırlanması çox yavaş templə zəifləyir. Amma əgər Yer dərhal, anidən dayansa, biz heç nə başa düşməyə belə macal tapmarıq, çünki dərhal məhv olarıq.
 
Yer kürəsi saniyədə 465 metr (saatda 1670 km) sürətlə fırlanır. Əgər bu fırlanma birdən-birə dayansa, səthdəki hər şey-insanlar, binalar, avtomobillər ətalətin təsiri ilə böyük bir fəlakət nəticəsində yox olub gedər. Dənizlər və okeanlar isə hələ bir müddət hərəkətinə davam edər, yəni hər şeyi nəhəng sunamilər bürüyər.
 
Bir sutka 365 günə bərabər olacaq
 
Əgər Yer fırlanmasa, gecə və gündüz anlayışı tamamilə dəyişəcək. Bir tərəfdə Günəş, demək olar ki, 6 ay fasiləsiz parlayacaq və dəhşətli istilər olacaq. Digər tərəfdə isə eyni müddət ərzində qaranlıq və donmuş gecə hökm sürəcək. Yalnız gecə ilə gündüz arasında qısa alatoran dövrləri müşahidə ediləcək.
 
Günəşin daim yandığı tərəfdə bitkilər yanar, torpaq çatlayar və hər şey susuzluqdan məhv olar. Qaranlıq tərəfdə isə hər yer buzla örtüləcək və ora qütb tundrasına bənzəyəcək. Alimlər hesab edir ki, nisbətən yaşamaq mümkün olan yeganə zona gecə ilə gündüz arasındakı keçid bölgəsi olacaq.
 
Okeanlar və qitələr tamamilə dəyişəcək
 
Hazırda Yerin fırlanması nəticəsində ekvator ətrafında mərkəzdənqaçma qüvvəsi yaranır və bu da planetin formasını azca yastılaşdırır. Əgər Yer fırlanmağı dayandırsa, bu təsir yox olacaq.
 
- Okean suları ekvatordan qütblərə doğru axacaq;
 
- Ekvator boyu geniş bir quru zolağı yaranacaq;
 
- Qütb bölgələrində isə böyük su hövzələri, yəni iki nəhəng okean formalaşacaq;
 
- Dünya xəritəsi tamamilə dəyişəcək, qitələr yeni bir nəhəng materikə çevriləcək.
 
Maqnit sahəsi yox olacaq-Yer ölümcül radiasiyaya məruz qalacaq
 
Hazırda Yerin daxili metal nüvəsi fırlanır və bunun nəticəsində güclü maqnit sahəsi yaranır. Bu maqnit sahəsi bizi Günəş küləklərindən və kosmosdan gələn zərərli yüksək enerjili hissəciklərdən qoruyur.
 
Əgər Yer fırlanmağı dayandırsa, bu maqnit qalxanı yox olacaq. Nəticədə:
 
- Günəşin ölümcül radiasiyası birbaşa Yer səthinə çatacaq,
 
- Atmosferimiz tədricən kosmosa sovrulacaq;
 
- Bütün canlı orqanizmlər sürətlə məhv olacaq.
 
Amma narahat olmağa dəyməz!
 
Xoşbəxtlikdən, insanlıq bu hadisəni görməyəcək. Yer həddindən artıq yavaş fırlanma tempi ilə dayansa da, bu proses milyonlarla il çəkəcək. Üstəlik, təxminən 5 milyard il sonra Günəş qırmızı nəhəngə çevriləcək və Yeri udacaq. Yəni planetimizin sonu fırlanmanın dayanmasından daha əvvəl gələcək.
Link kopyalandı!
Son xəbərlər