Əhməd əş-Şaraa keçid dövründə Suriya Prezidenti elan edilib
Cəmiyyət
1271
29 Jan 2025 | 23:26

Əhməd əş-Şaraa keçid dövründə Suriya Prezidenti elan edilib

Əhməd əş-Şaraa keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək və ölkəni beynəlxalq tədbirlərdə təmsil edəcək.
 
"Report" xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar Direktorluğunun (yeni hakimiyyətin rəhbər orqanı) bəyanatında qeyd olunub.
 
Suriyanın yeni hakimiyyəti 2012-ci il konstitusiyasının artıq qüvvədə olmadığını və ölkə parlamentinin buraxıldığını elan edib.
 
Bununla yanaşı, dekabrın 8-i “Böyük Suriya inqilabının qələbəsi” şərəfinə milli bayram elan edilib.
 
Xatırladaq ki, ötən il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya Ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan “Hayat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əhməd əş-Şaraa olub.
Link kopyalandı!
Son xəbərlər