Bizi sosial şəbəkələrdən izləyin:
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin həyata keçirmək istədiyi bütün layihələrin maliyyələşdirilməsi dayandırılıb.
Moderator.az xəbər verir ki, bu barədə rəsmi mənbələrədə məlumat yayılıb.
Məlumatda deyilir ki, “Bakı Metropoliteni”nin son günlər keçirdiyi bütün tenderlər ləğv edilib. Onların arasında 778.636,04 manatlıq tikinti və adadlıq işləri, 145.086,90 manatlıq gömrük idxal-ixrac əməliyyatları, 436.708,97 manatlıq elektrik paylayıcı panel dəstlərinin, ventilyator idarəetmə panellərinin və digər elektrik materialların, 1.085.311,18 manatlıq müxtəlif növ elektrik mallarının, 220.631,09 manatlıq kameraların alınması, videodivar üçün kontrollerin alınması və quraşdırılması işlərinin və 24.131 manatlıq hovuz üçün sərfiyyat materialların satınalınması daxildir.
Anti inhisar və İstehlak Bazarına Nəzarət Xidməti bu barədə rəsmi olaraq bildirib ki, “Bakı Metropoliteni”nin tenderlərinənin ləğvinə səbəb üçün “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.6. bəndi əsas götürülüb. Qanunun həmin maddəsində deyilir ki, tenderlər satınalmalarıın maliyyələşdirilməsi dayandırıldıqda ləğv edilir. Bu isə o deməkdir ki, Hesablama Palatasının son auditindən sonra üzə çıxan sərnişindaşıma sərfiyyatının məqsədli bahalaşdırılması məsələsi yeni rəhbərliyi də ciddi sıxıntılara salacaq.