Bizi sosial şəbəkələrdən izləyin:
"Fevral ayından 320 manatdan az pensiya ödənilməyəcək. Ən aşağı pensiya 320 manat olacaq. 2024-cü ildə 280 manat minimum pensiya alan vətəndaşlarımız artıq 320 manat pensiya almaq imkanına malik olacaqlar və onların pensiya məbləği 14,3 faiz artacaq".
Moderator.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, pensiyaçılar hər iki artımı hiss edəcəklər: "Yəni minimum pensiya alan vətəndaşlarımızın pensiya məbləği 14,3 faiz artacaq. Bu, Cənab Prezidentin 23 dekabr 2024-cü il tarixli sərəncamına uyğun olaraq həyata keçirilən artımlardır.
Digər artımlar pensiyanın indeksləşdirilməsi ilə bağlıdır. Pensiyaların indeksləşdirilərək artırılması hər hansı dövlət qurumu tərəfindən müəyyənləşmir. Bu, qanunvericilik tələbdir və bu faiz hansı bir dövlət qurumu tərəfindən müəyyənləşdirilən artım faizi deyil. Çünki "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiyalar hər il əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilir. Yəni, 2024-cü ildə orta aylıq əməkhaqqı nə qədər artırsa, rəsmi statistikada artım faizinə uyğun olaraq 2025-ci ildə bütün növ əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir.
İllik rəsmi statistika 2025-ci ilin fevralın ilk 10 günündə elan olunacaq. Amma 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əməkhaqqındakı artım 8 faiz olub. Gözlənti ondan ibarətdir ki, əmək pensiyaları 8 faizə indeksləşdiriləcək. Eyni zamanda indeksləşdirmə zamanı 1,1 milyon vətəndaşımızın pensiyasında artımlar olacaq".