Dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb
Cəmiyyət
1311
26 Jan 2025 | 11:42

Dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
 
Bu barədə Moderator.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
 
Bildirilib ki, saat 10:00-a olan məlumata əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub.
 
Verilən məlumata görə, yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub.
 
Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
 
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.
Link kopyalandı!
Son xəbərlər