43 yaşlı kişi 88 yaşlı həyat yoldaşı ilə nikahda olmasından öyünür
Cəmiyyət
1878
26 Jan 2025 | 00:25

43 yaşlı kişi 88 yaşlı həyat yoldaşı ilə nikahda olmasından öyünür

"Adrian Deliyanın sərgilərində seirlər oxuyur, Düliya isə Adrianın kitablarında yer alan sənət əsərlərini yaradır..."
 
Dünyada qadının seçdiyi kişidən xeyli böyük olduğu cütlüklər az deyil, amma bu sevgi hekayələrinin hamısı xoş sonluqla bitmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb.
 
Məsələn, bir britaniyalı qadın özündən 46 yaş kiçik olan misirlinin onu başqa bir təqaüdçü üçün tərk etdiyindən şikayət edib. Amma yaş fərqi 45 il olan başqa bir cütlük öz möhkəm sevgisi ilə fəxr edir. Cütlük onları "ayırmaq" istəyən "qısqanc” insanlarla üzləşib, amma buna baxmayaraq, daha xoşbəxt ola bilməyəcəklərini deyir.
 
Adrian Narvayes hazırda 43 yaşındadır və ilk dəfə Deliya Lukes ilə 1998-ci ildə sənət sərgisində tanış olub. O zaman Adrianın 16, Deliyanın isə 61 yaşı olub. Əvvəlcə onları ortaq yaradıcılıq maraqları birləşdirən sadəcə dostluq bağlayıb.  Müəllimə olan Deliya rəsm çəkməklə məşğul olub, Adrian isə şeir və hekayələr yazmağı sevib.
 
İlk görüşdən sonra Adrian və Deliya məktublarla əlaqə saxlayıb. Adrian həmin məktubları bu günə qədər saxlayır. İllər keçdikcə onların dostluğu romantik bir münasibətə çevrilib. Adrian özünü yanlış dövrdə doğulmuş kimi hiss etdiyini və Deliyaya aşiq olduğunu etiraf edib.
 
Onların münasibəti inkişaf etsə də, uzun 12 ay ərzində bu münasibəti gizli saxlamağı qərara alıblar. Sadəcə, nadir hallarda kart oynamaq və ya birlikdə içmək üçün görüşüblər.
 
Adrian və Deliya Yehova Şahidləri təriqətinin üzvüdür. Onlar Argentinanın Rivadaviya şəhərində yaşayır və öz inanclarının sərt qaydalarına əməl etməyə məcbur olub. Bu qaydalara görə, özəl məkanlarda birgə qala bilməyib. Öz sevgilərini ictimaiyyətə açıqlamaq qərarına gələndə daha böyük çətinliklərlə üzləşib.
 
Deliya yerli mediaya bildirib ki, onların münasibəti heç də hamı tərəfindən müsbət qarşılanmayıb:
Atam məni dərhal qəbul edib, amma anam heç nə eşitmək istəməyib. Adrian əlavə edib: "Bu, qısqanclıq idi. Onlar başa düşmürdülər ki, yaş fərqinə baxmayaraq, biz bir-birimizi sevə bilərik. Əvvəlcə bizi ayırmaq üçün əllərindən gələni etdilər".
 
Amma qarşılaşdıqları böyük maneələrə baxmayaraq, sevgi qalib gəlib. Adriannhətta yeniyetmə yaşlarında belə yaşıdlarına maraq göstərmədiyini və yaş fərqindən heç vaxt utanmadığını deyib:
"Yaş fərqini heç vaxt hiss etmirəm. Səmimi desəm, bunu görmürəm. Bizim aramızda 45 il fərq olsa da, onunla hər yerə gedirəm".
 
2005-ci il martın 18-də Adrian və Deliya münasibətlərini rəsmi şəkildə rəsmiləşdirərək evlənib. İndi onlar evliliklərinin 20-ci ildönümünü qeyd etməyə hazırlaşır. Hələ də eyni dərəcədə xoşbəxtdirlər, amma bu yolda çətinliklər də yaşayıblar.
 
2009-cu ildə Deliya bud, diz, göz və öd kisəsi problemlərinə görə səkkiz əməliyyat keçirib. Son vaxtlar isə Deliya aritmiya, yəni nizamsız ürək döyüntüsü səbəbilə xəstəxanaya yerləşdirilib və Adrian onu ziyarət edə bilməyib. Şükürlər olsun ki, Deliya artıq sağalıb.
 
Həmin taleyüklü sərgidən illər sonra cütlük sənətə olan həvəsini qoruyub saxlayıb və bir-birini yaradıcılıqla dəstəkləyir. Adrian Deliyanın sərgilərində şeirlər oxuyur, Deliua isə Adrianın kitablarında yer alan sənət əsərlərini yaradır.
Link kopyalandı!
Son xəbərlər