Arif Süleymanovun
Cəmiyyət
1889
25 Jan 2025 | 12:35

Arif Süleymanovun "Başlıbel qətliamı"nı araşdırdığı növbəti sənədli əsəri işıq üzü görüb

Hörmətli Başlıbellilər və “Başlıbel qətliamı” kitabını oxuyan dəyərli vətəndaşlarımız.
 
Başlıbel qətliamının incəlikləri soyqırım tariximizin kiçik bir səhifəsi olaraq bizim fədakar və zəhmətsevər jurnalistlərimizin (artıq bu həyatdan köçmüşlər - professor Əli Mirzəyev, jurnalislər Musa Əzizov və Zülfüqar Hüseynzadə,  indi fəaliyyətlərini davam etdirən Elxan Salahov,  Sönməz Ələkbər,  Xalid Kazımov, Etibar Seyidağa, hər birimizin hörmət etdiyi Vüsalə Məmmədova və s.) səyi nəticəsində geniş kütlələr arasında və beynəlxalq arenada tanındı. Onların hər birinə minnətdarlığımız daimidir.
 
Bu hadisələrin səbəblərinin araşdırılması məqsədi ilə mənim tərəfimdən eyni adlı kitab hazırlanaraq Türkiyədə çap edildi. Kitabın ilk təqdimatını Başlıbeldə Şəhid Məzarlığının önündə etdim və övladlıq borcumun kiçik bir hissəsinin yerinə yetirilməsi ilə rahatlıq tapdım. Bildiyiniz kimi, kitabın yazılması və nəşrinə aid olan xərclər tərəfimdən çəkilmiş və sərbəst halda, dəyəri ödənilmədən kitabın nüsxələri hər bir vətəndaşımıza təqdim olunacaqdır. Kitabın ictimaiyyətə yayılması və türk toplumu arasında yayılmasında səylərinə görə Prezident kitabxanasının, həmçinin  Mahmud Kaşqari Beynəlxalq Fondunun rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm.
Bir daha vurğulayıram ki kitab şəhid ailələrinə, erməni işğalından əziyyət çəkənlərə, kitabxanalarımıza, məktblərimizə  və maraqlanan kəslərə pulsuz təqdim olunacaqdır.
 
Kitabı oxuyanlardan rast gəlinə biləcək hər hansı yanlışıların və ya faktların aydınlaşdırılaraq düzəldilməsi üçün kömək etmənizi xahiş edirəm.
Dəyərli oxucularımıza email ünvanımı bildirirəm: 
 
arif.sü[email protected],         tel.050 212 55 26
 
Hörmətlə,  
Arif Süleymanov
Link kopyalandı!
Son xəbərlər