Bizi sosial şəbəkələrdən izləyin:
Hörmətli Başlıbellilər və “Başlıbel qətliamı” kitabını oxuyan dəyərli vətəndaşlarımız.
Başlıbel qətliamının incəlikləri soyqırım tariximizin kiçik bir səhifəsi olaraq bizim fədakar və zəhmətsevər jurnalistlərimizin (artıq bu həyatdan köçmüşlər - professor Əli Mirzəyev, jurnalislər Musa Əzizov və Zülfüqar Hüseynzadə, indi fəaliyyətlərini davam etdirən Elxan Salahov, Sönməz Ələkbər, Xalid Kazımov, Etibar Seyidağa, hər birimizin hörmət etdiyi Vüsalə Məmmədova və s.) səyi nəticəsində geniş kütlələr arasında və beynəlxalq arenada tanındı. Onların hər birinə minnətdarlığımız daimidir.
Bu hadisələrin səbəblərinin araşdırılması məqsədi ilə mənim tərəfimdən eyni adlı kitab hazırlanaraq Türkiyədə çap edildi. Kitabın ilk təqdimatını Başlıbeldə Şəhid Məzarlığının önündə etdim və övladlıq borcumun kiçik bir hissəsinin yerinə yetirilməsi ilə rahatlıq tapdım. Bildiyiniz kimi, kitabın yazılması və nəşrinə aid olan xərclər tərəfimdən çəkilmiş və sərbəst halda, dəyəri ödənilmədən kitabın nüsxələri hər bir vətəndaşımıza təqdim olunacaqdır. Kitabın ictimaiyyətə yayılması və türk toplumu arasında yayılmasında səylərinə görə Prezident kitabxanasının, həmçinin Mahmud Kaşqari Beynəlxalq Fondunun rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm.
Bir daha vurğulayıram ki kitab şəhid ailələrinə, erməni işğalından əziyyət çəkənlərə, kitabxanalarımıza, məktblərimizə və maraqlanan kəslərə pulsuz təqdim olunacaqdır.
Kitabı oxuyanlardan rast gəlinə biləcək hər hansı yanlışıların və ya faktların aydınlaşdırılaraq düzəldilməsi üçün kömək etmənizi xahiş edirəm.
Dəyərli oxucularımıza email ünvanımı bildirirəm:
Hörmətlə,
Arif Süleymanov