Bizi sosial şəbəkələrdən izləyin:
Ən çox şikayət olunan operator və provayderlərin adları açıqlanıb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi vətəndaşların xidmətlərindən narazı qaldıqları telekommunikasiya operator və provayderlərinin siyahısını dərc edib.
Qrumun əməkdaşı Tural İbadlının sözlərinə görə, 2025-ci il yanvarın 1-nə olan məlumata görə, "E-Şikayət"ə edilən müraciətlərin sayı 4500-ə çatıb. Onların 90,9%-i ilkin müraciət mərhələsində icra edilib, 6,5% civarında olan müraciətlər subyektlər tərəfindən icra mərhələsindədir.
Qurumdan oda bildirilib ki, şikayət olunan operator və provayderlər xidmətlərindəki boşluqları aradan qaldırmadıqları təqdirdə inzibati məsuliyyətə cəlb oluna bilərlər. /Xezerxeber.az