İdman Akademiyası dövlət büdcəsinə külli miqdarda vergini ÖDƏMƏKDƏN YAYINIB - RƏSMİ
Cəmiyyət
617
24 Jan 2025 | 20:01

İdman Akademiyası dövlət büdcəsinə külli miqdarda vergini ÖDƏMƏKDƏN YAYINIB - RƏSMİ

Hesablama Palatası Azәrbaycan Dövlәt Bәdәn Tәrbiyәsi vә İdman Akademiyası tərəfindən 2022-2023-cü illәrdә, elәcә dә 2024-cü ilin birinci rübündә dövlәt vәsaitinin vә digәr dövlәt әmlakının idarә olunmasının hüquqi aktların tәlәblәrinә uyğunluğunun qiymәtlәndirilmәsi məqsədilə audit aparıb.
 
Bu barədə palata məlumat yayıb.
 
Qeyd edilib ki, Akademiyada müxtәlif ixtisaslarda mütәxәssislәrin hazırlanması üzrә mәslәhәt, tәdris vә praktik tәlim xidmәtlәrinin göstәrilmәsinә dair Akademiya tәrәfindәn qeyri-rezident şәxslәrlә bağlanılmış xidmәt müqavilәlәrinin icrası zamanı Azәrbaycan Respublikası Vergi Mәcәllәsi ilә müәyyәn olunmuş ödәmә mәnbәyindә vergi tutulmasına dair tәlәblәrә tam әmәl olunmamış, bәzi müqavilәlәr üzrә qeyri-rezident şәxslәrә vәsait köçürülәrkәn vergi tutulmamış, Akademiya ilә qeyri-rezident şәxslәr arasında bağlanılmış xidmәt müqavilәlәrindә razılaşdırılmış qiymәtlәrә bir qayda olaraq Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn olunmuş vergi vә mәcburi ödәmәlәr daxil edilmәyәrәk ödәmә mәnbәyindә vergi mәblәği әlavә olaraq hesablanmışdır.
 
Ümumilikdә, Akademiya ilә qeyri-rezidentlәr arasında bağlanılmış xidmәt müqavilәlәri üzrә auditlә әhatә olunan dövr әrzindә cәmi 42.9 min manat vergi hesablanmamış vә dövlәt büdcәsinә köçürülmәsi tәmin olunmayıb.
Link kopyalandı!
Son xəbərlər