Bizi sosial şəbəkələrdən izləyin:
Ötən il Azərbaycanda məhkəmələrə 215 min 338 mülki iş daxil olub.
Bu barədə Ali Məhkəmənin Plenumunun ötən ilin nəticələrinə həsr edilən iclasında bildirilib.
Məlumata görə, 2024-cü ildə mülki kollegiya üzrə Ali Məhkəməyə, həmçinin əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında 2023-cü illə müqayisədə ciddi azalma müşahidə olunur:
"Belə ki, mülki işlər üzrə ümumilikdə respublika məhkəmələrinə 215 min 338 iş daxil olub ki, bu da ötən dövrlə müqayisədə 2,7, apellyasiya şikayəti verilən işlərin sayı 22,4, kassasiya şikayəti verilən işlərin sayı isə 13,1 faiz azalıb".
Eyni zamanda vurğulanıb ki, yekunlaşmış işlərin sayı 89 faiz təşkil edir:
"Eyni zamanda təkrar baxılan və növbəti ilə qalıq keçən işlərin sayında da azalma müşahidə edilir. Birinci və apellyasiya instansiya məhkəmələrinin qərarlarının sabitlik göstəricisinin kifayət qədər yüksək olduğu qeyd edilib. Bu halların təcrübənin vahidliyinin təmin olunması, müxtəlif instansiya məhkəmələrinin hakimləri arasında qurulmuş səmərəli dialoqun, habelə hakimlərin peşəkarlıq səviyyəsinin artmasından irəli gəldiyi vurğulanıb".