Bərpa, Tikinti və İdarəetmə Xidməti layihələrin dəyərini şişirib
Cəmiyyət
556
24 Jan 2025 | 17:04

Bərpa, Tikinti və İdarəetmə Xidməti layihələrin dəyərini şişirib

“Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә müqavilәdә iş hәcmlәrinin artıq, eyni işin qiymәtlәrinin fәrqli, tikinti materialının dәyәrinin isə tәkrar göstərilməsi nəticəsində layihənin müqavilә dәyәri 146 min 942,89 manat artıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Hesablama Palatası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində apardığı kənar dövlət auiditinin nəticələrində qeyd edilib.
 
O da vurğulanıb ki, "Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә qeyri-yaşayış obyektlәrinin tikintisi" vә "Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә 2, 3, 4 vә 5 otaqlı fәrdi yaşayış evlәrinin tikintisi" ilə bağlı müqavilәdəki hәcmlәrdәn artıq hәcmin daxil edilmәsi işlәrin dәyәrinin ümumilikdә 996 min manat artmasına gətirib çıxarıb.
 
Bundan əlavə xidmәt tәrәfindәn 2022-ci ildә dövlәt sifarişli öhdәliklәrin icrası üçün maliyyәlәşdirilmiş vәsaitin istifadәsindә bir mәnbәdәn satınalma metodu tәtbiq edilib. Satınalma müqavilәlәri üzrә ehtimal olunan qiymәt müәyyәnlәşdirilmәyib. Bu da dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericilik aktlarının tәlәblәrinin gözlәnilmәmәsi ilә yanaşı rәqabәt mühitinin dә pozulmasına sәbәb gətirib çıxarıb.
 
Zәngilan rayonu Ağalı kәndindә Xidmәtin strukturunda çalışan işğaldan azad edilmiş әrazilәrdә işlәyәn mütәxәssislәrin işinin xüsusiyyәtlәri nәzәrә alınmaqla mәskunlaşmaları ilә bağlı әmәyin ödәnişi üzrә qanunvericiliklә müәyyәn edilən әlavә də düzgün tәtbiq edilmәyib. Hesablaşmada әsas olmadan ümumilikdә 137 min 258.71 manat vәsait artıq ödәnilib.
 
Hesablama Palatasına görə,burada da xidmәt tәrәfindәn layihәlәndirmә işlәri ilә bağlı satınalmalarda rәqabәt mühiti gözlәnilmәyib. Müqavilәlәr üzrә avans ödәnişlәri qanunvericiliklә müәyyәn edilmiş hәcmdәn çox, bәzәn isә 100% hәcmindә ödәnilmәsi dövlәt vәsaitindәn qәnaәtlә istifadә edilmәmәsinә, uzun müddәtli debitor borcun yaranmasına vә müqavilә öhdәliklәrinin gecikdirilmәsinә sәbәb olub.
 
Normalaşdırılmış xәrclәrdә ehtiyatın sәnәdsiz silgisi uçot hesabat işlәrindә şәffaflığın tәmin edilmәmәsi ilә yanaşı, mühasibat uçotu sahәsini tәnzimlәyәn qanunvericiliyin pozulmasına vә 190 min manat dәyәrindә әsassız yanacaq silgisinә sәbәb olub.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər